Paşinyan Rusiyanın hədələrinə cavab verdi
Paşinyan Rusiyanın təhdidlərinə cavab verdi: "Ermənistanı yüksək qiymətlərlə qorxutmaq məntiqsizdir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan gələn hədələrə və enerji tədarükü ilə bağlı təzyiqlərə münasibət bildirib.
Qarni şəhərində seçkiqabağı aksiyada çıxış edən Paşinyan, Rusiyanın Ermənistanı təbii qaz və digər yanacaq tədarükü sazişlərini ləğv etməklə hədələməsinə sərt cavab verib. O, ölkəsinin təhdidlərə boyun əyməyəcəyini vurğulayıb:
"Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir. Bizim o qədər çox pulumuz olacaq ki, yüksək qiymətlər bizə bahalı görünməyəcək. Ermənistan artıq minlərin və milyonların deyil, milyardların və trilyonların ölkəsinə çevrilir".
Baş nazir əlavə edib ki, tərəfdaş ölkələrin Ermənistana qarşı gizli və ya açıq təhdidlərlə çıxış etməsi məqbul deyil: "Bizim tərəfdaşlarımız bizə yaxşı təkliflər vermək əvəzinə, hədə-qorxu gəlirlər. Bu yanaşma özlərinə qarşı işləyir. İnsanlara alternativlər təqdim edilməlidir və biz bu istiqamətdə addımlarımızı atırıq".
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi artıq rəsmi bildiriş göndərərək, İrəvanın Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə, enerji daşıyıcıları (qaz, neft məhsulları) və xammalın tədarükünə dair 2013-cü il tarixli sazişin birtərəfli qaydada ləğv edilə biləcəyini xəbərdar edib. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə hələlik rəsmi məktub almadıqlarını bildirib.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



