PA-da VHP rəhbərliyi ilə görüş keçirilib
Azərbaycanın ictimai-siyasi həyatında siyasi dialoq mühitinin daha da gücləndirilməsi istiqamətində növbəti addım atılıb.
Economynews.az xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı və partiya sədrinin müavini, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı ilə görüşüb.
VHP-nin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkədəki siyasi mühitin inkişafı, siyasi partiyaların bu proseslərdə fəallığı və milli maraqlar ətrafında həmrəyliyin təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.
Milli birliyin qorunması və siyasi məsuliyyət
Tərəflər Zəfərdən sonrakı dövrdə milli birliyin qorunub saxlanılmasında siyasi partiyaların üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıblar. Müzakirələr zamanı sağlam siyasi münasibətlərin formalaşdırılması, demokratik ənənələrin təşviqi və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində ziyalıların rolu əsas müzakirə mövzularından olub.
Sabir Rüstəmxanlı: "Dövlət dəstəyi ictimai potensialı səfərbər edir"
VHP sədri Sabir Rüstəmxanlı ölkə rəhbərliyi tərəfindən siyasi partiyaların fəaliyyətinə göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirib. O bildirib ki, hazırkı siyasi mühit cəmiyyətin müxtəlif potensiallarının dövlətin inkişafı üçün səfərbər olunmasına ciddi töhfə verir.
"Partiyamızın həyata keçirdiyi layihələrdə dövlət dəstəyini hər zaman hiss edirik", deyə qeyd edən S.Rüstəmxanlı göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə həmçinin, gənclərin ictimai-siyasi proseslərə daha fəal cəlb olunması və bu istiqamətdə görüləcək işlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



