Son xəbərlər:

Ağsuda dəhşətli yol qəzası: 2 nəfər öldü, 2 nəfər yaralandı

top-news
  • 26 May, 2026
https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Ağsuda dəhşətli yol qəzası: 2 nəfər öldü, 2 nəfər yaralandı

​Ağsu rayonunun Dilman kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
​"Report"a istinadən xəbər verir ki, "BYD" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq əvvəlcə qoruyucu beton bəndə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aşağıda yerləşən Ağsu çayının yatağına düşüb.
​Qəza nəticəsində dünyasını dəyişənlər:
​Cəfərov Kamran (27 yaş)
​Qasımov Səid Asif oğlu (22 yaş)
​Hadisə zamanı avtomobildə olan digər iki sərnişin – 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
​Faktla bağlı araşdırmalara başlanılıb. Qəzanın dəqiq başvermə səbəbləri ekspertizadan sonra məlum olacaq.

https://economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media