Ağsuda dəhşətli yol qəzası: 2 nəfər öldü, 2 nəfər yaralandı
Ağsuda dəhşətli yol qəzası: 2 nəfər öldü, 2 nəfər yaralandı
Ağsu rayonunun Dilman kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"a istinadən xəbər verir ki, "BYD" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq əvvəlcə qoruyucu beton bəndə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aşağıda yerləşən Ağsu çayının yatağına düşüb.
Qəza nəticəsində dünyasını dəyişənlər:
Cəfərov Kamran (27 yaş)
Qasımov Səid Asif oğlu (22 yaş)
Hadisə zamanı avtomobildə olan digər iki sərnişin – 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. Qəzanın dəqiq başvermə səbəbləri ekspertizadan sonra məlum olacaq.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



