Leyla Əliyeva və Alona Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində təşkil olunan konsert proqramını izləyiblər
SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində maraqlı konsert proqramı təşkil olunub
SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində istedadlı gənclərin və uşaqların ifasında konsert proqramı keçirilib.
Tədbiri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alona Əliyeva izləyiblər.
Konsertdə mərkəzin tələbələri müxtəlif musiqi alətlərində klassik və milli musiqi nümunələrini ifa edib, həmçinin rəqs kompozisiyaları ilə çıxış ediblər. Gənc istedadların səhnə məharəti və musiqiyə olan yüksək həvəsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və incəsənətə marağının artırılması olan SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzi mütəmadi olaraq bu cür mədəni tədbirlərə ev sahibliyi edir.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



